İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola gələcək planları ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən ispaniyalı mütəxəssis “Daily Mail” nəşrinə müsahibəsində bir müddət məşqçilik fəaliyyətinə ara verəcəyini bildirib.
Xosep Qvardiola uzun müddət davam edən gərgin iş rejimindən sonra istirahətə ehtiyacı olduğunu qeyd edib:
“And içirəm ki, gücüm olsaydı, “Mançester Siti”də daha uzun müddət qalardım. Açığı, düşünürəm ki, bundan sonra yaxşı istirahətə layiqəm”.
Qeyd edək ki, Xosep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi son oyununa İngiltərə Premyer Liqasının XXXVIII turunda “Aston Villa”ya qarşı çıxacaq.
Hazırda “Mançester Siti” 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Çempionluğu isə daha əvvəl 82 xalla “Arsenal” təmin edib.