Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə zamanı “Opel” markalı avtomobil velosipedçi, 2005-ci il təvəllüdlü Tural Cəbrayılovu vurub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan velosipedçi Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.