AZ

Premyer Liqa: Mövsüm bitdi, “Tottenhem” elitada qaldı – ARENA.AZ

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu – 38-ci turun bütün görüşləri eyni günə təsadüf edib.

“Liverpul” – “Brentford”, “Börnli” – “Vulverhempton” və “Nottingem Forest” – “Bornmut” matçlarında qalib müəyyənləşməyib.

“Mançester Siti” son turda “Aston Villa”ya, “Çelsi” “Sanderlend”ə məğlub olubsa, “Mançester Yunayted” “Brayton”a, “Fulhem” “Nyukasl”a, çempion “Arsenal” isə “Kristal Pelas”a qalib gəlib.

Son tur həm də Premyer Liqanı tərk etmiş sonuncu komandanın adına aydınlıq gətirib. “Tottenhem” evdə “Everton”a qalib gəlməklə elitadakı yerini qoruyub. “Vest Hem” isə “Lids”i yenməsinə rəğmən, Premyer Liqanı tərk edib.

Beləliklə, “Arsenal” 85 xalla qızıl, “Mançester Siti” 78 xalla gümüş, “Mançester Yunayted” 71 xalla bürünc medalçı olub. Bu üç komanda ilə yanaşı, “Aston Villa” (65) və “Liverpul” (60) da növbəti mövsümdə İngiltərəni UEFA Çempionlar Liqasında təmsil edəcək. “Bornmut”la (57) “Sanderlend” (54) Avropa Liqasına, “Brayton” (53) isə Konfrans Liqasına vəsiqə qazanıb.

“Vest Hem” (39), “Börnli” (22) və “Vulverhempton” (20) Premyer Liqa ilə vidalaşıblar.

İngiltərə, Premyer Liqa
38-ci tur
24 may

Brayton – Mançester Yunayted 0:3
Qollar: Dorqu, 33. Mbeumo, 44. B.Fernandes, 48.

Börnli – Vulverhempton 1:1
Qollar: Flemminq, 47 – Armstronq, 5-pen.

Liverpul – Brentford 1:1
Qollar: K.Cons, 58 – Şade, 64.

Nottingem Forest – Bornmut 1:1
Qollar: Gibbs-Uayt, 34 – Tavernye, 54.

Kristal Pelas – Arsenal 1:2
Qollar: Mateta, 89 – Q.Jezus, 42. Madueke, 48.

Mançester Siti – Aston Villa 1:2
Qollar: Semenyo, 23 – O.Uotkins, 47; 61.

Sanderlend – Çelsi 2:1
Qollar: Hume, 25. Qusto, 50-öz qapısına – Palmer, 56.

Fulhem – Nyukasl 2:1
Qollar: Diop, 20. Kerni, 80.

Tottenhem – Everton 1:0
Qol: Palinya, 43.

Vest Hem – Lids 3:0
Qollar: Kastelyanos, 67. Bouen, 79. C.Uilson, 90+4.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
2
arena.az

3Mənbələr