AZ

Medvedev Kiyevə daha sərt zərbə endirməyə çağırış edib

ain.az, Ayna portalına istinadən məlumat verir.

"Narkoman və onun Bandera dəstəsi uşaqlara qarşı terror hücumlarına görə Rusiyadan sərt reaksiya reaksiya gördü”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevə edilən kütləvi hücumdan sonra "daha sərt" zərbə endirməyə çağırış edib və Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına "narkoman" ifadəsi işlədib. AYNA.AZ xəbər verir ki, Medvedev bu barədə özünün “Telegram” kanalında yazıb.

"Narkoman və onun Bandera dəstəsi uşaqlara qarşı terror hücumlarına görə Rusiyadan sərt reaksiya reaksiya gördü. Görünür, qəsdən. Ordumuz Kiyevdə yerləşən tikililərə kütləvi hava zərbələri endirməli idilər", - deyə qeyd edib.

Medvedevin sözlərinə görə, hücumdan sonra Ukrayna hakimiyyəti üçün pul və silah istəmək, oğurlamaq və bəhanələr gətirmək daha asan olacaq.

Onun sözlərinə görə, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin zərbələri seçicilərin bir hissəsinin mövcud Ukrayna rəhbərliyi ətrafında birləşməsinə kömək edəcək.

"Neonasist rejiminin güclənməsinə səbəb olmamaq üçün ümumiyyətlə zərbə endirməməliyikmi? Əlbəttə ki, yox. Biz zərbə endirməliyik - bu gün etdiyimiz kimi, daha da sərt!. Axı paytaxtlarının simvollarının yerindəki xarabalıqlar və boz kül düşmən üçün döyüş bayrağının itirilməsindən daha az ruhdan salıcı deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən gecə Rusiya qoşunları “xüsusi hərbi əməliyyat”dan bəri Kiyevə ən kütləvi zərbələrdən birini endirib. Məlumata görə, Kiyevə hücumda "Tsirkon" və "Kinjal" da daxil olmaqla, Rusiya raketlərinin "demək olar ki, bütün mənzili"ndən istifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
ayna.az

1Mənbələr