AZ

Məhsuldar ötürmələri ilə rekorda imza atdı

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, portuqaliyalı futbolçu bir mövsümdə ən çox məhsuldar ötürmə edən oyunçu olub.

Premyer Liqanın 38-ci turunda "Brayton"a qarşı keçirilən matçda Fernandeş mövsümdəki 21-ci məhsuldar ötürməsini edib. Bununla da o, daha əvvəl Tyerri Anri (2002/2003) və Kevin De Bruyneyə (2019/2020) məxsus olan rekordu (20) geridə qoyub.

Xatırladaq ki, Bruno Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"in şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Qeyd edək ki, matç "Mançester Yuanyted"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr