AZ

Füzulidə kişini ildırım vuraraq öldürüb

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
6
apa.az

10Mənbələr