AZ

U15 güləşçilərimiz Avropada komanda hesabında üçüncü oldu

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sərbəst güləş üzrə Azərbaycanın U15 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatını uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında çıxış edən yığmamız qitə birinciliyində altı medal qazanıb.

Komandamız yarışı iki qızıl, iki gümüş və iki bürünc medalla tamamlayıb. Azərbaycan millisi 122 xal toplayaraq komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub.

Millimiz medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.

Azərbaycan yığmasının heyətində Yusif Abdullayev (38 kq) və Elvin Necəfzadə (85 kq) Avropa çempionu olublar. Elman İsmayılov (41 kq) və Adəm Quliyev (52 kq) gümüş medal qazanıblar.

Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, Samokovda keçirilən Avropa çempionatı Azərbaycanın U15 sərbəst güləş millisi üçün həm nəticə, həm də komanda göstəricisi baxımından uğurlu turnirlərdən biri kimi yadda qalıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr