AZ

Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir

BAKI, 24 may. TELEQRAF

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Donald Trampa qarşı sui-qəsd cəhdlərinin artıq adi hala çevrildiyini bildirib.

Teleqraf xəbər verir ki, Conson bu barədə Ağ Ev yaxınlığında baş verən son atışma hadisəsini şərh edərkən “Fox News” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, ABŞ prezidentinə qarşı indiyədək üç dəfə sui-qəsd cəhdi olub.

“Mən həmin cəhdlərin ikisi zamanı onun yanında olmuşam. Bu artıq həddindən artıq adi hala çevrilir”, - deyə Conson bildirib.

Spiker qeyd edib ki, Donald Tramp bu cür təhlükələri prezident vəzifəsinin “bir hissəsi” kimi qəbul edir.

Bununla yanaşı, Conson ölkədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və demokratları siyasi ritorikaya görə tənqid edib.

“O biri tərəfi demonlaşdırıb, nasist adlandırıb, prezidenti demokratiya üçün təhlükə kimi təqdim edib sonra bunun hansısa radikal insanları təhrik etməyəcəyini düşünə bilməzsiniz”, - deyə o əlavə edib.

Seçilən
40
teleqraf.com

1Mənbələr