ain.az, Baku.ws saytına istinadən bildirir.
Son günlər müşahidə olunan dəyişkən hava şəraiti – gün ərzində həm yağışın yağması, həm də günəşli havanın olması bir çox insanın səhhətinə mənfi təsir göstərir.
Həkimlərin sözlərinə görə, temperaturun tez-tez dəyişməsi xüsusilə meteohəssas insanlarda halsızlıq, baş ağrısı və təzyiq problemlərinə səbəb ola bilər. Ani hava dəyişiklikləri immun sistemini zəiflədərək soyuqdəymə və virus infeksiyalarına yoluxma riskini də artırır.
Mütəxəssislər bildirirlər ki, belə havalarda oynaq ağrıları, miqren tutmaları və yuxu pozuntuları da daha çox müşahidə olunur. Xroniki xəstəlikdən əziyyət çəkən şəxslər, yaşlılar və uşaqlar dəyişkən hava şəraitindən daha çox təsirlənirlər.
Kardioloqlar temperatur fərqlərinin ürək-damar sisteminə əlavə yük yaratdığını vurğulayırlar. Bu səbəbdən təzyiq xəstələrinin özlərini qoruması və dərmanlarını vaxtında qəbul etməsi tövsiyə olunur.
Həkimlər dəyişkən hava şəraitində vətəndaşlara geyim seçiminə diqqət etməyi, kifayət qədər maye qəbul etməyi və immuniteti gücləndirən qidalarla qidalanmağı məsləhət görürlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.