525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şimali Koreyanın qadınlardan ibarət "Neqohyan" komandası Asiya Çempionlar Liqasının qalibi adını qazanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Neqohyan" Cənubi Koreyanın Suvon şəhərində keçirilən finalda Yaponiyanın "Tokio Verde Belettsa" komandasını 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu matçın 44-cü dəqiqəsində Kim Gyon Yon vurub. O, həmçinin, turnirin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, bu, Şimali Koreya futbol tarixində bir ilkdir. Yeri gəlmişkən, qalib komandaya kubokdan başqa 1 milyon dollar mükafat verilib.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.