AZ

Real ın ulduzu hamını geridə qoydu

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya La Liqasında 2025/2026 mövsümü başa çatıb.

Oxu.Az xəbər verir ki, mövsümün ən məhsuldar futbolçusu Madrid "Real"ının hücumçusu Kilian Mbappe olub.

Fransalı futbolçu 31 matçda 25 qol vuraraq çempionatın bombardiri adına sahib çıxıb. Onun qollarından səkkizi penalti zərbəsindən qeydə alınıb.

Bombardirlər siyahısında ikinci yeri "Malyorka"nın hücumçusu Vedat Muriki tutub. O, mövsüm ərzində 23 qol vurub və bunlardan beşi penalti olub. Murikinin komandası mövsümü 18-ci pillədə başa vuraraq Sequndaya yuvarlanıb.

İlk üçlüyü isə "Osasuna"nın hücumçusu Ante Budimir tamamlayıb. O, mövsüm ərzində 17 dəfə fərqlənib, qollarının altısını penalti ilə vurub.

Mövsümün yekununa əsasən, "Barselona" 94 xalla vaxtından əvvəl İspaniya çempionu olub. Madrid "Real"ı 86 xalla ikinci, "Vilyarreal" isə 72 xalla üçüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
sherg.az

1Mənbələr