AZ

Tetanus xəstəliyinin əlamətləri hansılardır? -Nevroloq AÇIQLADI

Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, tetanus xəstəliyi zamanı insanın əzələlərində daimi gərginlik və ağrılı qıcolmalar yaranır.

Redaktor.az bu haqda life.ru-ya istinadla xəbər verir.

Həkimin sözlərinə görə, xəstəlik ilk olaraq çeynəmə əzələlərinin spazmı ilə başlayır. Daha sonra üz əzələlərində gərginlik və qıcolmalar meydana çıxır. İşıq, səs və toxunuş kimi xarici təsirlər spazmları daha da gücləndirə bilər.

Mütəxəssis qeyd edib ki, tetanus zamanı insanın bədəni yay kimi geriyə əyilə bilər. Xəstəliyin ən təhlükəli tərəfi isə tənəffüs əzələlərinin spazmı səbəbindən nəfəsalma problemlərinin və ürək-damar sistemində pozğunluqların yaranmasıdır.

Aytəkin TOFİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr