AZ

Almaniya nəhəngi türk futbolçu ilə bağlı qərarını verdi

"Borussiya Dortmund" yarımmüdafiəçisi Salih Özcanla yolarını ayırıb. 

Fanat.Az xəbər verir ki, Bundesliqa nəhəngi türk futbolçu ilə vidalaşdığını rəsmi saytı vasitəsilə açıqlayıb.

28 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və tərəflər yeni anlaşma imzalamamaq qərarına gəliblər.

Özcan 2022-ci ilin yayından bəri "arılar"da oynayırdı. O, Dortmund təmsilçisində 96 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Salih bu mövsüm 12 oyuna çıxıb və cəmi 74 dəqiqə meydanda olub.

Mövsümün yekununda "Borussiya Dortmund" Almaniya Bundesliqasında ikinci yeri tutub.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr