Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Publika.az xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.