AZ

Parisdə Müstəqillik Günü münasibətilə qəbul təşkil olundu

Azərbaycanın Fransadakı Səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Silahlı Qüvvələrin Fransadakı Hərbi Attaşelik Aparatının birgə təşkilatçılığı və dəstəyi ilə Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə geniş qəbul təşkil olunub.

Publika.az xəbər verir ki, tədbirdə Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, UNESCO-nun Baş direktoru Xalid əl-Ənani, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri, eləcə də Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və Silahlı Qüvvələrin hərbi attaşesi Cavid Abdullayev çıxış ediblər.

Çıxışlarda Müstəqillik Gününün Parisdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, müsəlman Şərqində və türk dünyasında ilk dəfə olaraq dünyəvi, parlamentli, müstəqil demokratik respublika məhz Azərbaycanda yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan bəhs edilərək, onun mütərəqqi qanunlar qəbul etdiyi, qadınlara seçki hüququ verdiyi və güclü milli dövlətçilik şüuru formalaşdırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1990-cı illərin əvvəllərində yenidən müstəqillik qazanan Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyub.

Seçilən
58
2
publika.az

3Mənbələr