AZ

Əvvəllər məhkum olunmuş şəxs Ağsuda silsilə oğurluqlar edib

BAKI, 27 may. TELEQRAF

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
33
10
teleqraf.com

10Mənbələr