Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin nəzdində kolleclər də fəaliyyət göstərir. Bu kolleclər orta ixtisas təhsili almaq istəyən tələbələr üçün müxtəlif istiqamətlər üzrə təhsil imkanı yaradır və bir çox hallarda universitetlərlə birgə fəaliyyət göstərərək tələbələrin gələcək akademik inkişafına töhfə verir.
Bəzi kolleclər texniki və peşə yönümlü ixtisaslar üzrə ixtisaslaşdığı halda, digərləri humanitar, iqtisadi və tibb sahələrində kadr hazırlığını həyata keçirir.
Maraqlıdır ki, bir çox abituriyent və valideyn hansı kollecin hansı universitetin nəzdində fəaliyyət göstərdiyini tam şəkildə bilmir.
AzEdu.az mövzu ilə bağlı araşdırama edərək universitetlərin nəzdində faəliyyət göstərən kollecləri araşdırıb.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci;
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci;
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ;
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci;
Azərbaycan Dövlət İqtisad Universitetin nəzdində Sosial-İqtisadi kollec;
Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci;
Bakı Avrasiya Universiteti nəzdində Bakı Avrasiya Kolleci;
Azərbaycan Kooperasiya Universitetinin nəzdində Bakı Biznes və Kooperasiya Kolleci;
Qərbi Kaspi Universitetinin nəzdində Qərbi Kaspi Universitetinin Kolleci;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec;
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec;
Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kolleci ;
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci.