AZ

Meta nın söhbət robotu Instagram hesablarını ələ keçirir

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Texnologiya şirkəti "Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu "Instagram"dakı hesabların ələ keçirilməsində istifadə edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, "Instagram" hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb.

Hesabların ələ keçrilməsi isə bu formada həyata keçirilib:

"Söhbət robotundan müəyyən bir hesabı yeni bir e-poçt ünvanı ilə əlaqələndirməsi istənilib. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu ilə hesabların şifrələri yenilənib. Bu müddətdə "Meta"nın təhlükəsizlik tədbirlərindən yayınmaq üçün VPN vasitəsilə məkanlar fərqli göstərilib və bir çox hesab ələ keçirilib".

Bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentlik dövründə istifadə etdiyi rəsmi "Instagram" səhifəsi də var.

"Meta"dan bildirilib ki, təhlükəsizlik boşluğunun fərqinə varıldıqdan sonra problem aradan qaldırılıb və təsirlənən hesabların bərpası üçün işlərə başlanılıb.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
3
cebheinfo.az

4Mənbələr