Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Fövqəladə Hallar Nazirliyi elektromobillər üçün yeni parklama qaydaları müəyyən edib.
Avtosfer.az xəbər verir ki, qapalı dayanacaqlarda (binaların altında) elektromobillər üçün xüsusi zonalar təşkil edilməlidir. Köhnə sistemlə tikilmiş binaların parkinqinə elektromobillərin daxil olması qadağandır.
Qapalı dayanacaqlarda elektromobillər digər nəqliyyat vasitələrindən ayrı, yanaşı olaraq 10 ədəddən çox olmamaq şərtilə parklanmalıdır. Onların dayanacaq yerləri digər nəqliyyat vasitələrindən odadavamlı qapı, arakəsmə və ya jalüzlə ayrılmalı, yanğınsöndürmə sistemi ilə təchiz edilməlidir.
Qapalı məkanlarda doldurma sürətinin 32 amperi aşmasına icazə verilmir. Elektromobil və hibridlərin dayanacağı yüksək riskli zona hesab edilir.
İyunun 1-dən qüvvəyə minmiş qərarla qaz balonlu avtomobillərin qapalı dayanacaqlarda parklanması qəti qadağan olunub.
Vüqar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.