Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulmasına 7 998 388 AZN sərf olunması nəzərdə tutulur.
Pravda.az-ın xəbərinə görə, sifarişçi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsidir.
İşləri həyata keçirəcək şirkətin müəyyənləşdirilməsi istiqamətində müvafiq prosedur həyata keçirilir.
Cabir
Tarix: 3 İyun 2026, 18:09