Almaniyanın Dortmund şəhərində üç övladını girov saxlayan kişi polisə təslim olub.
Aznews.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, şübhəli şəxs 51 yaşlı Serbiya vətəndaşıdır. Yaşları 7, 10 və 12 olan uşaqlar xəsarət almayıb və hazırda hüquq-mühafizə orqanlarının himayəsi altındadırlar.
Kişi iyunun 2-də restoranda asayışı pozub, yoldan keçən şəxsləri hədələyib və bibər qazı spreyi istifadə etdikdən sonra avtomobillə hadisə yerindən uzaqlaşıb. Daha sonra o, Höxsten rayonundakı yaşayış evində barrikada quraraq uşaqları girov saxlayıb. Şübhəli əməliyyat əməkdaşlarından birinə atəş açıb, lakin həmin əməkdaş zirehli jilet geyindiyindən yalnız yüngül xəsarət alıb.