AZ

Skuterlə qayda pozan gənc qəzaya düşdü; dişləri sındı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Skuter sürən yeniyetmə qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Moskva şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Belə ki, gənc oğlan skuterlə tam sürətlə hərəkət edərək gözlənilmədən əsas yola çıxıb. Döngədə sürəti azaltmayan yeniyetmə həmin vaxt yolda hərəkətdə olan minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən skuter sürücüsü yerə yıxılıb. Avtomobilin sürücüsü dərhal nəqliyyat vasitəsini saxlayaraq zərərçəkənə kömək etmək üçün maşından düşüb.

Qəzadan sonra yeniyetmə özü ayağa qalxa bilsə də, sonradan onun ciddi xəsarət aldığı məlum olub. Belə ki, qəza nəticəsində gəncin dişləri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
19
avtosfer.az

10Mənbələr