Tanınmış müğənni Kəmalə Günəşli övladlarının sahib olduqları sənəti və iş yerlərini açıqlayıb.
Aznews.az sosial şəbəkəyə istinadən xəbər verir ki, sənətçi qızının dırnaq ustası kimi fəaliyyət göstərdiyini, oğlunun isəbərbərlik etdiyini söyləyib.
Qızının sosial şəbəkədəki səhifə adı ilə maraqlanan tamaşaçıya isə "neyləyirsiniz qızımın səhifə adını", deyə bildirib. "Mən qızımı hər kəsdən gizlədirəm, qoruyuram".
Müğənni əlavə edib: Mənim qızım da, oğlum da işləyir. Səhər çıxıb axşam gəlirlər. Onlara işləməklərini, öz ayaqları üstündə durmaqlarını tövsiyyə etmişəm. "Mən bu gün varam, sabah yox. Odur ki, qoy işləsinlər. Mən də əlimdən gəldiyi qədər köməklik edərəm".
Sənətçi uşaqlarının hər ikisinin salonda çalışdığını dilə gətirib.