AZ

Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" və "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü, 1991-ci il təvəllüdlü Nağıyev Ədalət Xanoğlan oğlu hadisə yerində həyatını itirib.

Hadisə zamanı xəsarət alan sərnişinlər xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
51
35
far.az

10Mənbələr