ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova Prezident təqaüdünə layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ədəbiyyatşünas-alim Aynur Xəlilova çoxlu sayda elmi-nəzəri və ədəbi-tənqidi əsərlərin müəllifidir.
Qeyd edək ki, Prezident təqaüdü Azərbaycan Yazıçılar Birliyinin təqdimatı əsasında yaradıcılığı ilə fərqlənən şəxslərə verilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.