AZ

"Uzak şehir"in qayalıq səhnəsinin necə çəkildiyi üzə çıxdı — FOTO

“Uzak Şehir” (Uzaq Şəhər) serialında Demir obrazının ölüm səhnəsində istifadə olunan vasitənin fotosu sosial şəbəkələrdə yayılıb.

Demokrat.az xəbər verir ki, "Kanal D" telekanalında nümayiş olunan və reytinqləri alt-üst edən ekran işi iyunun 1-də mövsüm finalına çıxıb.

Maraqla gözlənilən mövsüm finalında üç tanınmış aktyor – Ferit Kaya, Burç Kümbetlioğlu və Alper Çankaya layihə ilə vidalaşıb. Serialda Zerrin tərəfindən huşsuz vəziyyətə gətirilərək avtomobillə birlikdə qayalıqdan çaya atılan Demir Baybars obrazını canlandıran Ferit Kaya çəkilişin pərdəarxası görüntülərini paylaşıb.

Məşhur aktyor instaqram hesabında ölüm səhnəsində öz yerinə çaya atılan cansız manekenlə fotosunu izləyiciləri ilə bölüşüb. Üçüncü mövsüm üçün təsdiq alan serialın komandası növbəti vidalaşma mesajlarını fərdi şəkildə yayımlamağa davam edir.


İsmayıl
Demokrat.az
Seçilən
87
1
demokrat.az

2Mənbələr