Bakı, 4 iyun, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ankoric sammitində başlayan Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Mariya Zaxarova bu barədə TASS-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, tərəflər dialoqu intensivləşdirmək üçün hər cür imkana malikdirlər.
Ankoric sammitindən təxminən bir il sonra Rusiya-Amerika danışıqları üçün hələ də yerin olub-olmadığı soruşulduqda, diplomat müsbət cavab verərək vurğulayıb ki, "nə bizim, nə də onların tərəfində heç kim əlaqə qurmaqdan imtina etməyib".
Zaxarova deyib: "İstərdim ki, bu dialoq daha intensiv və effektiv olsun və bunun üçün bütün imkanlar mövcuddur. Amma biz öz tərəfimizdən işə hazırıq, ona görə də təbii ki, iş davam edir".