AZ

400 milyon dollar sərvəti olan məşhur metroda görüntüləndi

Dünyaşöhretli ulduz Cennifer Lopes Nyu-York metrosunda görüntülənib. 400 milyon dollarlıq sərvəti olan sənətçinin metroya minməsi sərnişinlərin təəccübünə səbəb olub.

Demokrat.az bildirir ki, adətən mühafizəçilərin müşayiəti ilə lüks avtomobillərdə gəzən 56 yaşlı ulduzun ictimai nəqliyyatdan istifadə etməkdə məqsədi fərqli olub. Məlum olub ki, ifaçı yeni filminin təbliği üçün populyar internet proqramına müsahibə verib. Çəkiliş qrupu ilə vaqona daxil olan sənətçi ətrafdakılara məhəl qoymadan uca səslə danışıb və zarafatlaşıb.

Cennifer Lopes sonuncu dəfə beş il əvvəl şou çərçivəsində metroda çıxış etmişdi. Onun ictimai nəqliyyatdakı qiymətlərdən xəbərsiz olması da vaxtilə müzakirə mövzusu olmuşdu. Teleşouların birində metro gediş haqqının real qiymətini bilməyən sənətçi gülüş hədəfinə çevrilmişdi.

Aytən
Demokrat.az
Seçilən
103
15
demokrat.az

10Mənbələr