İngiltərənin "Çelsi" klubunun tarixində ən məhsuldar ikinci futbolçu olan Bobbi Tamblinq 84 yaşında vəfat edib.
Bu barədə "Sky Sports" məlumat yayıb.
Məlumata görə, sabiq hücumçu uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib.
Bobbi Tamblinq 1959-1970-ci illərdə "Çelsi"nin heyətində çıxış edib.
O, London təmsilçisinin formasında 202 qol vuraraq klub tarixinin bombardirləri siyahısında ikinci yerdə qərarlaşıb.
1965-ci ildə "Çelsi" ilə İngiltərə Liqa Kubokunu qazanan Tamblinq klubun tarixində ən yaddaqalan futbolçulardan biri hesab olunur.
O, karyerası ərzində digər İngiltərə və İrlandiya klublarında da çıxış edib. Tamblinq 1974-cü ildə "Kork city" ilə İrlandiya çempionu olub.
"Napoli" Hoylundun transfer hüquqlarına yiyələndi - RƏSMİ
“Nyukasl”da yeni müqavilə
“Barselona” yox olsun” – “Real”da prezidentliyə namizəddən sərt açıqlama
“Real Madrid” yeni mövsüm formasını təqdim etdi - FOTOLAR
DÇ-2026 öncəsi viza qalmaqalı: Futbolçu ABŞ-a buraxılmadı