AZ

Seneqallı futbolçu “Qəbələ”də qalacaq

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Müdafiəçi Seydina Keyta daha bir mövsüm “Qəbələ”nin formasını geyinəcək.

Futbolpress.az-ın məlumatına görə, qışda heyətə cəlb edilən seneqallı futbolçunun müqaviləsində olan bir illik artırma bəndi qüvvəyə minəcək. Klub Keytadan razıdır və onu komandada saxlayacaq.

Seydina yanvardan “Qəbələ”də çıxış edir. O, başa çatan mövsümdə Premyer Liqada 17 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
futbolpress.az

1Mənbələr