AZ

İndi kəndimizin futbol meydançası da var

Yaşadığımız Sədan kəndi Siyəzən rayon mərkəzindən 8 kilometrlik məsafədə yerləşir. Kəndimizin  sakinləri təsərrüfatla məşğul olmaqla yanaşı,   mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edirlər. Bunun üçün  Sədanda  klub, kitabxana, mədəniyyət evi və  digər ictimai məkanlar   fəaliyyət göstərir.

Bir müddət əvvəl camaat kənddə idman meydançasının salınması barədə yerli icra orqanlarına müraciət etdi. Çox keçmədən mütəxəssislər gələrək kənddə minifutbol meydançasının inşasına qərar verdilər. Qısa vaxtda eni 25, uzunluğu 45 metr olan minifutbol meydançası quruldu. Meydança dörd tərəfdən hündürlüyü 5 metr olan dəmir çərçivə ilə əhatələnib. Süni örtük və ləvazimatların saxlanılması üçün  meydançanın yanında anbar da inşa edilib. 

Onu da bildirim ki,  biz Çarxana, Müşkülqazma, Sağolcan, Eynibulaq, Meşrif, Qozağacı, Daşlı Calğan kəndləri  ilə qonşuyuq. Ona görə də futbol meydançamızdan sədanlılarla yanaşı, həmin kəndlərin  sakinləri də istifadə edirlər.

Ümid edirik ki,  gələcəkdə meydançamızda  püxtələşən və bərkiyən həvəskar futbolçular ölkə idmanına töhfə verə biləcəklər. Çünki böyük idmançılar kiçik meydançalarda yetişir.

İsmayıl MURADZADƏ,

Siyəzən rayonunun Sədan kənd sakini

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr