Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı olan Alen Simonyanı Azərbaycana dəvət edib. Bu barədə Simonyan ölkəninin İctimai Televiziya kanalına müsahibəsində bildirib.
“Bir sirri açıqlaya bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni Azərbaycana səfərə dəvət etdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat kampaniyası səbəbindən forumun işində iştirakdan imtina etdim”, – Simonyan qeyd edib.
O əlavə etdi ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.
Bundan əvvəl Simonyan bir neçə dəfə çıxışlarında bildirib ki, Azərbaycandan dəvət alacağı təqdirdə ölkəyə səfər edəcək.
Gülnar Nazimqızı