Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Vaşinqton iştahını itirəndə Ermənistanla bağladığı müqavilələrə son qoyacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Vaşinqton iştahını itirəndə və ya prioritetləri dəyişəndə, onlar hər şeyə son qoyacaqlar”, - o bildirib.
Xatırladaq ki, mayın 26-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio İrəvanda Ermənistan və ABŞ arasında TRİPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.