AZ

Şirvanda VAZ 2106 yük maşını ilə TOQQUŞDU VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, avtoqəza ötən gün axşam saatlarında baş verib. Belə ki, saman daşıyan QAZ-54 markalı yük avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşublar.

VAZ-2106 markalı avtomobilə ciddi ziyan dəyib, yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.

Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
28
avtosfer.az

10Mənbələr