AZ

“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Yasamal rayonunda qəza baş verib.

Avtosfer.az xəbər verir ki, “Nizami” metrosunun qarşısında gərgin anlarla müşayiət olunan yol-nəqliyyat hadisəsi gərgin anlarla yadda qalıb. Belə ki, piyada keçidi olmayan ərazidən yolu keçməyə çalışan şəxsi hərəkətdə olan avtomobil vurub. Zərbənin təsirindən yerə yıxılan piyada qısa müddət sonra ayağa qalxaraq sürücüyə doğru hərəkət edib və ona hücum etməyə cəhd göstərib.

Hadisə yerində olan polis əməkdaşları vəziyyətə operativ müdaxilə edərək tərəflər arasında yaranan gərginliyin böyüməsinin qarşısını alıblar.

Avtomobilin sürücüsü baş verən hadisədən sonra şok vəziyyətində olub və piyadanın aqressiv davranışlarına heç bir reaksiya verməyib. Buna baxmayaraq, özünü haqlı hesab edən piyada sürücünün üzərinə getməyə davam edib.

Fatimə Dadaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
50
avtosfer.az

10Mənbələr