AZ

Kuba paytaxtında zibil böhranı

ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi neft embarqosu davam edərkən, paytaxt Havana ciddi tullantı problemi ilə üzləşib...

Poliqon xəbər verir ki, yanacaq çatışmazlığı səbəbindən zibil maşınlarının işləmədiyi bildirilir. Nəticədə şəhər sakinləri zibil yığınlarının arasında yaşamaq məcburiyyətində qalır.

79 yaşlı təmizlik işçisi Xose Fernandes Zaldivar vəziyyəti belə təsvir edib: "Bəzən zibil o qədər çox olur ki, evimin girişini bağlayır və çölə çıxmaq üçün əvvəlcə yol açmalı oluram".

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, artan çirklənmə və tullantılar bu yay ağcaqanadların çoxalmasına, nəticədə isə denge qızdırması və Zika virusu kimi xəstəliklərin yayılmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr