Rusiya-Estoniya sərhədində yerləşən “Narva-1” buraxılış məntəqəsindən keçidi sürətləndirmək hazırda mümkün deyil.
Publika.az xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri İqor Taro bildirib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr gömrük xidmətinin həyata keçirdiyi gücləndirilmiş yoxlamalarla bağlıdır. Nazir qeyd edib ki, bu tədbirlər Rusiyaya sanksiyalara məruz qalan malların çıxarılmasının qarşısını almaq məqsədi daşıyır.
İqor Taro vurğulayıb ki, Daxili İşlər Nazirliyi gömrük xidmətinin fəaliyyətinə cavabdeh deyil və yoxlamaların sürətinə təsir göstərə bilməz. O, həmçinin Estoniya Xarici İşlər Nazirliyinin vətəndaşlara Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə etdiyini xatırladıb.
Nazirin sözlərinə görə, “Narva-1” keçid məntəqəsinin yerləşdiyi ərazi xüsusiyyətləri səbəbindən növbədə gözləyən şəxslərin binanın daxilində yerləşdirilməsi və onlar üçün əlavə istirahət yerlərinin yaradılması mümkün deyil.