AZ

1,7 milyon avro miras qoyulan pişik hələ də payını ala bilməyib

Dünya şöhrətli moda dizayneri Karl Laqerfeldin mirasının 1,7 milyon avrosunu vəsiyyət etdiyi pişiyi Şupett hələ də payını ala bilməyib. 

Demokrat.az
xəbər verir ki, dizaynerin ölümündən 7 il keçməsinə baxmayaraq, miras məsələsi tam həll olunmayıb.

Laqerfeldin pişiyinə baxmağı etibar etdiyi köməkçisi Fransuaz Kaşot bildirib ki, Fransa vergi orqanları ilə mirasın alınması üçün hüquqi proseslər davam edir.

O, vəziyyəti belə şərh edib: "İşlər həll olunana qədər Karlın istəklərini yerinə yetirmək üçün əlimdən gələni edirəm, xüsusilə Şupettin heç bir ehtiyacının olmaması mənim üçün əsas prioritetdir. Ona baxmaqla yanaşı, ehtiyaclarını qarşılamaq üçün yarımştat işləyirəm. Lazım olan bütün sevgi, diqqət və qayğını alır".

Qeyd edək ki, 2019-cu ildə vəfat edən Karl Laqerfeldin ümumi sərvətinin təxminən 200 milyon avro olduğu bildirilir.

Jalə
Demokrat.az
Seçilən
9
1
demokrat.az

1Mənbələr