AZ

“Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro

“Qalatasaray”ın müdafiəçisi Davinson Sançesə İtaliyadan maraq var.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Komo” kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir.

Bu barədə türkiyəli jurnalist Nevzat Dindar məlumat yayıb. Bildirilir ki, İstanbul klubu 29 yaşlı müdafiəçi üçün tələb etdiyi məbləği müəyyənləşdirib.

“Sarı-qırmızılılar” Davinson Sançesin transferindən ən azı 20 milyon avro gəlir əldə etmək istəyir. “Komo”nun yaxın günlərdə futbolçu üçün rəsmi addım atacağı gözlənilir.

Qeyd edək ki, Davinson Sançes 2025/2026 mövsümündə “Qalatasaray”ın heyətində Super Liqada 30 matçda meydana çıxıb, 1 qol vurub.

Safi seçilsə, o da “Fənər”ə gəlir: Daha bir ulduzla razılıq

Azərbaycan-Ukrayna matçı bu kanalda - TV AFİŞA

"Çelsi"nin əfsanə futbolçusu vəfat edib

Mourinyo istədi, Perez alır: Konate "Real" yolunda

Vlahoviçə daha bir müştəri

Seçilən
50
32
apasport.az

10Mənbələr