ain.az, Gununsesi saytına istinadən bildirir.
Millət vəkili Fazil Mustafa sosial şəbəkədə yayılmış və Ukraynada azərbaycanlıların iştirakı ilə baş verən insidentə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, videoda bəzi azərbaycanlıların ictimai yerdə yerə siqaret kötükləri atdığı, yerli sakinlərin etirazına baxmayaraq davranışlarını müdafiə etdiyi görünür.
Hətta mübahisə zamanı həmin şəxslərdən birinin yerli vətəndaşa “niyə döyüşmürsən?” deməsi də narazılıq doğurub.
Üstəlik, etiraz edən ukraynalıya qarşı söyüşlər də işlədilib.
Fazil Mustafa qeyd edib ki, bu cür hadisələr bir daha hər hansı xalqı bütövlükdə ideallaşdırmaq və ya tamamilə pisləməyin düzgün olmadığını göstərir.
Onun fikrincə, burada əsas rol insanın şəxsi keyfiyyətləri və aldığı tərbiyəyə məxsusdur.
Millət vəkili videodakı şəxslərin davranışını qınayaraq bildirib ki, onlar yaşadıqları ölkədəki qanunlara və ictimai qaydalara hörmət etməli, həmçinin xaricdə yaşayan digər dürüst və tərbiyəli azərbaycanlıların nüfuzuna xələl gətirməməlidirlər.
O, videoda etiraz edən ukraynalı gənclərin mövqeyini yüksək qiymətləndirərək, şəhər və kəndlərin təmizliyinə qarşı bu cür həssas münasibətin hər yerdə təşviq edilməsinin vacibliyini də vurğulayıb.
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.