AZ

Şəfa nın strategiyası: Düzgün kadr seçimi, planlı fəaliyyət və dayanaqlı layihə

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycan futbolunda son illər diqqət çəkən layihələrdən biri olan "Şəfa" qısa müddətdə göstərdiyi fəaliyyətlə peşəkar idarəetmənin nə qədər vacib olduğunu nümayiş etdirir. Komandanın Premyer Liqaya vəsiqə qazanması təsadüfi uğur deyil, klubda görülən sistemli işlərin və düzgün strategiyanın nəticəsidir.Müasir futbolda uğurun əsas şərtlərindən biri idarəetmənin peşəkar prinsiplər üzərində qurulmasıdır. Bu baxımdan "Şəfa" ilk gündən etibarən futbolun içindən gələn, sahəni yaxşı tanıyan şəxslərə etibar etməklə fərqlənir. Klub rəhbərliyinin Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovu vitse-prezident vəzifəsinə təyin etməsi, Nadir Nəbiyevin idman direktoru postuna gətirilməsi də bu yanaşmanın bariz nümunəsidir. Uzun illər peşəkar futbolun içində olmuş şəxslərin idarəçilikdə təmsil olunması həm futbol biliklərinin, həm də təcrübənin klubun inkişafına yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.Azərbaycan futbolunda fərqli nümunələr də mövcuddur. Bəzi klublarda futbol sahəsindən uzaq insanların qərarverici mövqelərdə olması idarəetmədə problemlərə yol açır. Bu baxımdan "Şəfa"nın seçdiyi yol daha perspektivli görünür. Klubun əsas hədəfi yalnız Premyer Liqaya yüksəlmək deyil, eyni zamanda uzunmüddətli və dayanıqlı futbol layihəsi qurmaqdır.Son mövsümdə Premyer Liqada sonuncu yeri tutan "Karvan-Yevlax"ın yaşadığı çətinliklər də peşəkar idarəetmənin nə qədər vacib olduğunu göstərdi. Futbolda nəticə əldə etmək üçün təkcə maliyyə və ya iddialı hədəflər kifayət etmir. Düzgün kadr seçimi, planlı fəaliyyət və sahəni bilən insanların prosesə cəlb edilməsi əsas amillərdən hesab olunur."Şəfa" məhz bu məqamları nəzərə alaraq fəaliyyətini qurur. Klub gələcəkdə bölgə təmsilçilərinin üzləşdiyi problemlərlə qarşılaşmamaq üçün indidən möhkəm təməl formalaşdırmağa çalışır. Xüsusilə peşəkar kollektivin yaradılması, futbol təcrübəsinə malik şəxslərin rəhbər vəzifələrə gətirilməsi və strateji planlaşdırmanın həyata keçirilməsi klubun gələcək inkişafı üçün mühüm addımlar sayılır.Premyer Liqaya yüksələn "Şəfa"nın qarşısında yeni və daha ciddi çağırışlar dayanır. Lakin indiyədək atılan addımlar göstərir ki, klub uğurlarını təsadüfə yox, peşəkar idarəetməyə və futbol biliyinə söykənən model üzərində qurmağa çalışır. Bu isə Azərbaycan futbolunda sağlam və perspektivli layihənin formalaşdığından xəbər verir.Premyer Liqaya yüksələn bir çox komandalar ilk mövsümdən ciddi problemlərlə üzləşir. Lakin görünən odur ki, "Şəfa" rəhbərliyi bu riskləri əvvəlcədən hesablayır və klubun gələcəyini təsadüfi qərarlar üzərində deyil, planlı şəkildə qurmağa çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
sport24.az

1Mənbələr