AZ

“Kayzer Çifs”dən “Sabah”a: TRANSFER YOLDADIR

"Sabah" yeni mövsüm üçün ilk transferini reallaşdırmağa yaxındır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, "bayquşlar müdafiəçi Aden Makkartini rənglərinə bağlamaq üzrədir.

Tərəflər arasında tam razılıq əldə olunub.

Cənubi Afrika Respublikasından olan futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir. Rəsmi açıqlamanın həftə ərzində verilməsi gözlənilir.

Makkarti həmçinin ölkəsinin U-23 millisinin üzvüdür. 

Qeyd edək ki, gənc oyunçu son mövsümü "Kayzer Çifs"də keçirib. O, 23 matçda meydana çıxıb, 1 qol vurub. 

AFFA-dan "Turan Tovuz"la bağlı açıqlama

“Şahdağ Qusar”da yeni idman direktoru

AFFA-dan 3 kluba texniki məğlubiyyət

Azərbaycan yığması Pakistanla qarşılaşacaq

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib

Seçilən
111
12
apasport.az

10Mənbələr