ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Məşhur komediyaçı Cem Yılmaz yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o bu dəfə Yalıköyə sərmayə yatırıb.
Belə ki, aktyor orada lüks və bahalı klassik avtomobillər üçün xüsusi məkan tikdirir.
O torpaq sahəsini təxminən iki il əvvəl alıb və burada geniş tikinti işlərinə başlayıb.
Hazırda ərazidə müasir memarlıq üslubu ilə seçilən iri həcmli polad konstruksiyalı bina inşa edilir.
İddialara əsasən, bu tikili Yılmazın dəyərli klassik avtomobil kolleksiyasının saxlanılması üçün nəzərdə tutulub.
Məlumatlarda qeyd olunur ki, binanın aşağı mərtəbəsi butik çəkiliş studiyası kimi fəaliyyət göstərəcək.
Beləliklə, yeni layihə həm avtomobil kolleksiyasının qorunmasına, həm də müxtəlif yaradıcılıq işlərinin həyata keçirilməsinə xidmət edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.