AZ

OpenAI ən güclü GPT-5.6 modelini təqdim edəcək

OpenAI şirkəti ötən ay təxirə saldığı ən güclü süni intellekt modeli GPT-5.6-nı bu həftə ictimaiyyətə təqdim edəcək. Modelin buraxılışı ABŞ hökumətinin milli təhlükəsizliklə bağlı narahatlıqları səbəbindən gecikdirilmişdi.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ və Çin qabaqcıl süni intellekt texnologiyalarının hazırlanması sahəsində ciddi rəqabət aparır. Vaşinqton yeni AI modellərinin hərbi, kəşfiyyat və kibertəhlükələr üçün istifadə oluna biləcəyi ehtimalına görə onların istifadəyə verilməsinə daha ciddi nəzarət edir.

Axios-un məlumatına görə, əlavə sınaqlar və hökumət rəsmiləri ilə keçirilən görüşlərdən sonra ABŞ administrasiyası GPT-5.6 modelinin geniş istifadəsinə razılıq verib. OpenAI əvvəlcə modeli yalnız məhdud sayda etibarlı tərəfdaş üçün əlçatan etmişdi.

Şirkət bildirib ki, GPT-5.6 Sol modeli ilə yanaşı, daha aşağı qiymətli Terra və Luna modelləri də təqdim olunacaq.

Bu arada, Anthropic şirkəti təhlükəsizlik səbəbindən bəzi qabaqcıl modellərinə tətbiq etdiyi məhdudiyyətləri qismən aradan qaldırıb. Şirkət eyni zamanda, heç bir süni intellekt modelinin təhlükəsizlik məhdudiyyətlərinin aşılmasına qarşı tam qoruna bilməyəcəyini vurğulayıb.

Seçilən
120
qht.az

1Mənbələr