İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Mahmud Nəbəviyan ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu barəsində qisas hökmünün çıxarılması üçün xüsusi məhkəmənin yaradılmasına çağırıb.
Nəbəviyan "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejeinin yenidən bu vəzifəyə təyin olunmasından sonra belə bir məhkəmə qısa müddətdə formalaşdırılmalıdır.
Deputat iddia edib ki, bu addım Qurani-Kərimin "aydın hökmünə" və İranın ali rəhbəri Müctəba Xameneinin göstərişinə uyğun olaraq atılmalıdır.