Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transfer etdiklərini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına danışıb:
“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir”.
“Qarabağ” Kamilo Duranı “Seltik”ə 5,5 milyon funt sterlinqə (12 milyon manat) satıb. Bu, Azərbaycan futbolunda ən bahalı satış olacaq.
Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.