Rusiya beynəlxalq enerji infrastrukturuna qarşı həyata keçirilən hücumlara cavab olaraq xüsusi hərbi əməliyyatı davam etdirir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.
Peskovun sözlərinə görə, Xəzər dənizində tankerlərə endirilən zərbələr beynəlxalq enerji infrastrukturuna qarşı terror fəaliyyətinin təzahürüdür.
"Bu, Kiyev rejiminin beynəlxalq enerji infrastrukturuna qarşı terror fəaliyyətinin açıq təzahürüdür", – deyə Kremlin sözçüsü bildirib.