AZ

Azərbaycan millisində oynamış müdafiəçi yeni komanda tapdı

“İmişli" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Azərbaycan millisində də oynamış 29 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında uğurlu çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

"İmişli" bunadək Fərid Namazov (Baş məşqçi), Seyxan Fərəcov və Fərid Nəbiyevlə müqavilə imzalayıb.

Seçilən
45
sportinfo.az

1Mənbələr