ain.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Lüks moda və pərakəndə satış sektoru qlobal bazarda ən yüksək dəyərə malik sahələrdən biri olaraq qalır.
Brendlərin bazar dəyəri onların maliyyə gücünü, investor etimadını və qlobal təsirini əks etdirən əsas göstəricilərdən hesab olunur.
Banco.az xəbər verir ki, hazırkı reytinqdə Fransa, ABŞ və Yaponiya şirkətləri üstünlük təşkil edir, xüsusilə də lüks moda nəhəngləri ilk sıralarda yer alır.
Hazırda dünyanın bazar dəyərinə görə ən böyük 10 geyim və moda brendi bunlardır: (8 iyul 2026)
Louis Vuitton (Fransa) - 274.25 milyard dollar
Inditex (İspaniya) - 194.95 milyard dollar
Hermes (Fransa) - 189.06 milyard dollar
TJX Companies (ABŞ) - 169.94 milyard dollar
Fast Retailing (Yaponiya) - 164.52 milyard dollar
Dior (Fransa) - 92.42 milyard dollar
Cintas (ABŞ) - 72.47 milyard dollar
Ross Stores (ABŞ) - 69.35 milyard dollar
Nike (ABŞ) - 62.73 milyard dollar
Adidas (Almaniya) - 36.90 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.