AZ

Messi sevincdən, Ronaldo kədərdən ağladı - FOTOLAR

Argentina millisinin kapitanı Lionel Messil dünya çempionatının 1/8 final mərhələsində Misir üzərində 3:2 hesablı dramatik qələbədən sonra emosiyalarına hakim ola bilməyib.

Sportinfo.az xəbər verir ki, Argentina 0:2 hesabı ilə geridə olduğu oyunda əzmkar geri dönüş edərək Misiri 3:2 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.

Qarşılaşmanın final fiti səslənəndə argentinalı dünya ulduzu meydanda sevinc göz yaşları töküb.

Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya məğlub olaraq turnirlə vidalaşmışdı.

Həmin qarşılaşmadan sonra komandanın kapitanı Kriştianu Ronaldo da kədər göz yaşlarını saxlaya bilməmişdi.


Seçilən
50
sportinfo.az

1Mənbələr